Gəncə şəhəri ərazisində şəhər sakini O.Əşrəfov idarə etdiyi avtomaşını maneəyə vurmuşdur
01.01.2012Yanvarın 1-də saat 20.00 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Orxan Əşrəfov idarə etdiyi "Opel" markalı avtomaşını yolun kənarındakı maneəyə vurmuşdur. Nəticədə O.Əşrəfovun sərnişini, Gəncə şəhər sakini Hüseyn Qasımov xəstəxanaya aparılarkən yolda ölmüş, xəsarət almış O.Əşrəfov və digər sərnişinləri Xəyal Qafarov, Telman Mansurov isə xəstəxanaya yerləşdirilmişlər.
Kəpəz RPİ tərəfindən araşdırma aparılır.
Kəpəz RPİ tərəfindən araşdırma aparılır.