Qaçırdığı avtomaşını idarə edərkən onu maneəyə vurmuş Bakı şəhər sakini Rüfət Xankişizadə xəstəxanaya yerləşdirilmişdir
21.12.2011Dekabrın 21-də saat 03.05 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində, şəhər sakini Rüfət Xankişizadə gözətçi işlədiyi dayanacaqdan Vüqar Zöhrabova məxsus "Mercedes" markalı avtomaşını qaçırmış və idarə edərkən onu maneəyə vurmuşdur. Xəsarət almış R.Xankişizadə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.