Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
17.12.2011Dekabrın 17-də saat 06.20 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Ağcabədi rayon sakini Malik Paşayev "KamAZ" markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanmış Kürdəmir rayon sakini Əlinin Həsənovun "QAZ-24" markalı avtomaşınına vurmuşdur. Nəticədə Ə.Həsənov hadisə yerində ölmüş, xəsarət almış sərnişini Vüsal Şəmiyev isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.