Oktyabr ayında Bakı şəhər sakinləri E.Məmmədovun və D.Baxışovanın mənzillərindən oğurluq etmiş Bakı şəhər sakini E.Nəcəfov tutulmuşdur
06.12.2011Nizami (Bakı) RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 11-də Elnur Məmmədovun evindən 1250 avro 100 manat pul və mobil telefon, oktyabrın 19-da Dilavər Baxışovanın mənzilindən isə mobil telefon və qızıl əşyaları oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan Nəcəfov tutulmuşdur.