Oğurluq etdiyinə görə tutulmuş Eynur Tahirovun digər cinayət əməlləri müəyyən edilmişdir
03.12.2011Oğurluq etdiyinə görə oktyabrın 28-də Sabunçu RPİ 14-cü PB əməkdaşları tərəfindən tutulmuş Eynur Tahirovun ətrafında aparılmış əməliyyat tədbirləri nətiсəsində onun 2010-сu il iyun-avqust ayları ərzində, Bakı şəhər sakinləri Vüqar Əliyevin, Ruslan Əliyevin, İlyas Məmmədovun, Şaiq Bədirovun, Səid Muradovun, Yaşar Abdulxalıqovun etimadlarını qazanaraq müvafiq olaraq onlardan 200, 700, 2600, 1700, 325, 300 manat və 4000 dollar pul alması da müəyyən edilmişdir.