Ağstafa rayonu ərazisində yol-nəqliyyat hadisəsi
30.11.2011Noyabrın 30-da saat 23.00 radələrində Ağstafa rayonu ərazisində, rayon sakini Xaliq Aslanovun idarə etdiyi "VAZ-21011" markalı avtomaşınla Türkiyə vətəndaşı Yakup Yazıçının idarə etdiyi "Mercedes-Benz" markalı yük avtomaşını toqquşmuşdur. Nəticədə "Juqili"nin sürücüsü və sərnişinləri – 7 yaşlı oğlu Emin, 11 yaşlı qızı Mətanət, 82 yaşlı anası Güllüzar, qohumları Elza Aslanova, 2 yaşlı Teymur Aslanov hadisə yerində ölmüşlər. Xəsarət almış digər sərnişinləri - Xatirə və Aynurə Aslanovalar isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri ağırdır.