DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə yalan məlumat vermiş şəxs müəyyən edilmişdir
29.11.2011Noyabrın 29-da saat 12.36-da naməlum şəxs mobil telefondan DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə zəng edərək "Bomba var" deyərək dəstəyi asmışdır. Araşdırmalar zamanı yalan məlumatın Qaraçuxur qəsəbə sakini 13 yaşlı R.K. tərəfindən verilməsi müəyyən edilmiş və o, Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır.