Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Girovlar 8 gündən sonra azad edildi

28.11.2011

2011-ci il noyabrın 28-də Mehman Ramiz oğlu Vahabzadənin və Samid Rasim oğlu Mikayılovun pul borcu ilə əlaqədar Nəsimi rayonu ərazisində - Dəyanət Əkbər oğlu İsmayılova məxsus ofisdə girov saxlanmaları barədə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur.
Bununla əlaqədar dərhal həyata keçirilmiş tədbirlər nəticəsində onlar girovluqdan azad edilmişlər.
İlkin araşdırmalarla müəyyən edilmişdir ki, Dəyanət İsmayılov noyabrın 20-də Mehman Vahabzadəni və Samid Mikayılovu aralarında olan 1,5 milyon dollarlıq borc məsələsini həll etmək adı ilə ofisinə dəvət etmiş və sonradan onların ofisdən çıxmalarına məhdudiyyət qoymuşdur. D.İsmayılov borcu tam ödəyənə və mülkiyyətlərini onun adına keçirəcəklərinə qədər onları girov saxlayacağını bildirmişdir.
Araşdırmalar zamanı M.Vahabzadənin və S.Mikayılovun ayrı-ayrı şəxslərə ümumilikdə 3 milyon manat borclarının olduğu da müəyyən edilmişdir.
Əməliyyat tədbirləri davam etdirilir.