Lənkəran şəhər sakini Seymur Məhərrəmova bıçaqla xəsarət yetirmiş Məhərrəm Kazımov tutulmuşdur
18.11.2011Noyabrın 18-də saat 18.40 radələrində Lənkəran şəhərinin "Qala Xiyabani" adlandırılan ərazisindən şəhər sakini Seymur Məhərrəmov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmişdir. Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Məhərrəm Kazımov tutulmuşdur.