Baldızı Tünzalə Rüstəmovaya bıçaqla xəsarət yetirmiş Qazax rayonunun Kolayır kənd sakini Fuad Həsənov tutulmuşdur
16.11.2011Noyabrın 16-da saat 20.40 radələrində Qazax rayonunun Kolayır kənd sakini Fuad Həsənov Çaylı kəndində yaşayan baldızı Tünzalə Rüstəmovanın evində olarkən münaqişəsi zəminində bıçaqla ona xəsarət yetirmişdir. Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Həsənov tutulmuşdur.