Xızı rayonu Türkoba kənd sakini Nəcib Kazımova məxsus evdə təbii qazın sızmasından yanğına keçən ani partlayış baş vermişdi
15.11.2011Noyabrın 15-də saat 06.35 radələrində Xızı rayonunun Türkoba kəndində, kənd sakini Nəcib Kazımova məxsus evdə təbii qazın sızmasından yanğına keçən ani partlayış baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları yanmış, yanıq xəsarətləri almış ev sahibi, arvadı Bəxtli və iki azyaşlı qızları xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.