Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi
12.11.2011Noyabrın 12-də saat 07.25 radələrində Yevlax rayonu ərazisində, rayon sakini Təbriz Əliyevin idarə etdiyi "VAZ-2107" və Ağsu rayon sakini Nizami Dəmirovun idarə etdiyi "VAZ-2121" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə hər 2 sürücü hadisə yerində ölmüş, xəsarət almış N.Dəmirovun sərnişini - arvadı Cəmilə isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.