Masallı rayonunun Qızılavar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
10.11.2011Noyabrın 9-da saat 20.00 radələrində Masallı rayonunun Qızılavar kəndi ərazisində rayon sakini Tapdıq Əliyev “Mercedes” markalı avtomaşını idarə edərkən kənd sakini Maqsud Məmmədovu və onun oğlu Maisi vurmuşdur. Onlar xəstəxanaya yerləşdirilmişlər. M.Məmmədov noyabr ayının 10-da orada ölmüş, Maisin vəziyyəti isə qənaətbəxşdir.