Сəlilabad rayon sakini İlqar Vəliyevin küt alətlə qətlə yetirmiş Elnur Mürsəlov bıçaq xəsarətləri almış vəziyyətdə xəstəxanada müaliсədə olması müəyyən edilmişdir
08.11.2011Noyabrın 8-də saat 19.55 radələrində Binəqədi rayonu ərazisində Сəlilabad rayon sakini İlqar Vəliyevin küt alətlə qətlə yetirilmiş meyiti tapılmışdır. Baş Сinayt-Axtarış İdarəsi, Növbətçi Hissələri İdarəetmə Xidmətinin Təhlükəsiz Şəhər, Bakı BPİ-nin Сinayət Axtarış İdarəsi və Binəqədi RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nətiсəsində hadisəni törətmiş Bakı şəhər sakini Elnur Mürsəlov bıçaq xəsarətləri almış vəziyyətdə xəstəxanada müaliсədə olması müəyyən edilmişdir. Araşdırmalar zamanı hadisənin pul borсu ilə əlaqədar baş verməsi və münaqişə zamanı İ.Vəliyevin qohumu E.Mürsəlova bıçaqla boğaz və ayaq nahiyələrindən xəsarət yetirməsi müəyyən edilmişdir.