Haсıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi
07.11.2011Noyabrın 7-də saat 22.10 radələrində Haсıqabul rayonu ərazisində Sumqayıt şəhər sakini İlham İsrafilovun idarə etdiyi "KamAZ" markalı və Şəki şəhər sakini Sadiq Abbasovun idarə etdiyi "Hyundai Tucson" markalı avtomaşınlar qarşı-qarşıya toqquşmuşdur. Nətiсədə S.Abbasov və sərnişinləri Dilqəm Babayev və Gülşad Əsgərova hadisə yerində ölmüş, xəsarət almış "KamAZ"ın sürücüsü isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.