Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Lökbatan qəsəbəsinin ərazisində "VAZ-2107" və "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur

05.11.2011

Noyabrın 5-də saat 02.00 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində Bakı şəhər sakini İnqilab Cavadovun idarə etdiyi "VAZ-2107" markalı və Cəlilabad rayon sakini Peyman Muradovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış hər 2 sürücü və İ.Cavadovun sərnişinləri, Bakı şəhər sakinləri  Eyvaz Əliyev və Rüfət Mehdiyev, habelə P.Muradovun sərnişinləri Cəlilabad rayon sakinləri Murad Şükürov və Həsən Quliyev xəstəxanaya yerləşdirilmişlər.
P.Muradova, M.Şükürova və H.Quliyevə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

05.11.2011 tarixinə olan kriminal məlumatlar