Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Heydər Dadaşov tapançadan atəş açaraq Kamal Ocaqverdiyevə xəsarət yetirmişdir

04.11.2011

Noyabrın 4-də saat 10.00 radələrində Böyükşor-Lokomotiv Deposuna gəlmiş Bakı şəhər sakini 77 yaşlı Heydər Dadaşov tapançadan atəş açaraq oranın rəisi 67 yaşlı Kamal Ocaqverdiyevə xəsarət yetirmişdir.  K.Ocaqverdiyev xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır. H.Dadaşov Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən tutulmuş, ondan 1 ədəd "Makarov" tipli tapança götürülmüşdür. Araşdırmalar zamanı H.Dadaşovun tapançanı bacısı oğlu Eldar Hacıyevdən alması müəyyən edilmiş və o, saxlanılmışdır.