Xaçmaz rayonunun Yalama kəndi ərazisində yol-nəqliyyat hadisəsi
01.11.2011Noyabrın 1-də saat 04.00 radələrində Xaçmaz rayonunun Yalama kəndi ərazisində rayon sakini Rəşid İsmayılov "Daewoo" markalı avtomaşını idarə edərkən Abdulla Maqomedovu vurmuş, idarəetməni itirdiyindən avtomaşın aşmış və yanğın baş vermişdir. Nəticədə A.Maqomedov hadisə yerində ölmüş, avtomaşının yanar konstruksiyaları yanmışdır.