Beyləqan rayonunun Şərq qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
29.10.2011Oktyabrın 30-da saat 17.30 radələrində Beyləqan rayonunun Şərq qəsəbəsi ərazisində rayon sakini Cabbar Cabbarovun idarə etdiyi "Ford-Tranzit" və Lənkəran rayon sakini İltifat Şuşayevin idarə etdiyi "VAZ-21043" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə İ.Şuşayev və sərnişinlərindən Fəxrəddin Nəsirov və Rəfiqə Nəsirova hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.