Tovuz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
10.10.2011Oktyabrın 11-də saat 22.00 radələrində Tovuz şəhəri ərazisində, şəhər sakini Rafiq Vəliyevin idarə etdiyi "VAZ-21011" markalı, Əlibəyli kənd sakini Rüstəm Tağıyevin idarə etdiyi "Mercedes" markalı Gəncə şəhər sakini İlqar Ağayevin idarə etdiyi "Hyundai Elantra" markalı və Aşağı Öysüzlü kənd sakini Səid Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış İ.Ağayev və sərnişinləri Rauf Yusibov və Əminə Tahirova xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.