Avtomaşını qaçırmış Bakı şəhər sakinləri Yavər Əliyev və Günel Kərimova tutulmuşlar
29.09.2011Cari il avqustun 1-nə keçən gecə, Xətai rayonu ərazisindən Bakı şəhər sakini Rövşən Süleymanova məxsus "Mercedes" markalı avtomaşın qaçırılmışdır. Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış şəhər sakinləri Yavər Əliyev və Günel Kərimova tutulmuşlar.