Saxta əskinazlar götürülmüşdür
27.09.2011Sentyabrın 22-də Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Saleh Əliyevin üstünə baxış zamanı ondan 1 ədəd 5 manatlıq saxta əsginaz aşkar edilərək götürülmüşdür. S.Əliyevə həmin əsginazı vermiş Kürdəmir rayon sakini Nazir Süleymanov tutulmuş və ondan 8 ədəd 5 manatlıq saxta əskinaz götürülmüşdür. Araşdırmalar zamanı N.Süleymanovun həmin əsginazları Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Seymur Yusifovdan alması müəyyən edilmişdir. S.Yusifov tutulmuş və onun evinə baxış zamanı oradan 2 ədəd 20 manatlıq saxta əsginaz, habelə onları hazırlanmaq üçün istifadə etdiyi avadanlıq (printer, skaner, kserokopiya aparatları, xətkeş, kəsici alət və kağızlar) aşkar edilərək götürülmüşdür.