Oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Mirsadıx Sadıxov tutulmuşdur
27.09.2011Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 24-də Ruslan Əliyevə məxsus kafedən 20 manat pul, 1 ədəd televizor və 2 ədəd mobil telefon oğurlamış Sumqayıt şəhər sakini Mirsadıx Sadıxov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun sentyabrın 19-da və 21-də Bakı şəhər sakinləri Ramil Zeynallıya məxsus mağazadan və Ceyhun Baxışova məxsus çay evindən məişət əşyaları və danışıq kartları oğurlaması da müəyyən edilmişdir.