Avtomaşını qaçırmış Bakı şəhər sakinləri Fariz Hüseynov və Xəqani Hacıyev tutulmuşlar
18.09.2011Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də Binəqədi rayonu ərazisindən Qasım Tanrıverdiyə məxsus "Ford" markalı avtomaşını qaçırmış şəhər sakinləri Fariz Hüseynov və Xəqani Hacıyev tutulmuşlar. Araşdırmalar zamanı avtomaşının Türkiyə vətəndaşı Şirket Korkmazın sifarişi ilə qaçırılması müəyyən edilmişdir. Ş.Korkmaz izahatında, Q.Tanrıverdiyevin ona borclu olduğu pulu verməməsi ilə əlaqədar avtomaşını qaçırmağı sifariş etməsini etiraf etmişdir.