Təkər təmiri sexində yüksək təzyiqdən təkərin partlamasından bir nəfər aldığı ölmüş, bir nəfər xəsarət almışdır
12.09.2011Sentyabrın 13-də saat 11.35 radələrində Xəzər rayonu ərazisində, Qala qəsəbə sakini Vahid Bəydəmirov həyətindəki təkər təmiri sexində, Binə qəsəbə sakini Nemət Quliyevə məxsus avtomaşının təkərinə hava vurarkən yüksək təzyiqdən təkər partlamışdır. V.Bəydəmirov aldığı xəsarətdən hadisə yerində ölmüş, N.Quliyev isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.