Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etməkdə şübhəli bilinən İmişli rayon sakini Sərhəd Nəsirli və Bakı şəhər sakini Rafiq Səmədov tutulmuşlar

09.09.2011

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da Hidayət Quliyevin mənzilindən 1 ədəd DVD və 1 ədəd videokamera oğurlamış İmişli rayon sakini Sərhəd Nəsirli və Bakı şəhər sakini Rafiq Səmədov tutulmuş və ondan 0,214 qram heroin götürülmüşdür. S.Nəsirlinin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun avqustun 16-na keçən gecə, Nərimanov rayonu ərazisində yaşayanlar Malik Babayevin mənzilindən 1 ədəd mobil telefon, sentyabrın 9-da Gülarə Rəhimovanın mənzilindən 800 dollar və 1 ədəd mobil telefon oğurlaması da müəyyən edilmişdir.