Qəbələ rayonu ərazisindəki mağazanın satıcısına 100 manatlıq saxta əsginaz vermiş Bakı şəhər sakini R.Səftərov saxlanılmışdır
07.09.2011Sentyabrın 8-də Qəbələ rayonunun Vəndam qəsəbə sakini Nuranə Süleymanova "102" Zəng Mərkəzinə zəng edərək, qəsəbəsindəki satıcı işlədiyi mağazaya gəlmiş naməlum şəxsin ona 5 ədəd 20 manatlıq əskinaz verib, ondan 100 manatlıq əsginaz alaraq "VAZ-2106" markalı avtomaşında getməsi və aldığı pulların saxta olmasını aşkar etməsini bildirmişdir.
Qəbələ RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Savalan kəndi ərazisində, Bakı şəhər sakini Rizvan Səftərovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşın saxlanılmış və salonuna baxış zamanı 1 ədəd 20 manatlıq saxta əskinaz aşkar edilərək götürülmüşdür. R.Səftərov izahatında saxta əskinazın, onun avtomaşında sərnişin qismində getmiş Şirvan şəhər sakini Nəsimi Hüseynova məxsus olmasını bildirmişdir. N.Hüseynovun saxlanılması üçün tədbirlər davam etdirilir.