Xətai rayonu ərazisində kirayədə yaşayan Viktor Bıkovun və Svetlana adlı qadının üzərində zorakılıq əlamətləri olan meyitləri tapılmışdır
03.09.2011Sentyabrın 4-də saat 23.15 radələrində Xətai rayonu ərazisində - A.Qurbanov küçəsindəki 25 nömrəli binanın zirzəmisində, həmin binada kirayədə yaşayan Viktor Bıkovun və Svetlana adlı qadının üzərində zorakılıq əlamətləri olan meyitləri tapılmışdır. Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində həmin binada yaşayan digər şəxs Nail Abaydulin tərəfindən törədilməsi müəyyən edilmişdir.