Avqustun 18-də Hacıqabul rayonu ərazisində baş vermiş YNH nəticəsində xəsarət almış Bakı şəhər sakini S.Almazova xəstəxanada ölmüşdür
28.08.2011Avqustun 18-də saat 07.30 radələrində Hacıqabul rayonu ərazisində, Bakı şəhər sakini Kəramət Almazov "VAZ-21074" markalı avtomaşını idarə edərkən onu maneəyə vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş K.Almazovun sərnişini - arvadı Səringül avqustun 28-də orada ölmüşdür.