Sabirabad rayonunun Nizami kəndi ərazisində yol-nəqliyyat hadisəsi
26.08.2011Avqustun 27-də saat 17.10 radələrində Sabirabad rayonunun Nizami kəndi ərazisində, Füzuli rayon sakini Səyyad Məmmədovun idarə etdiyi "Opel-Astra" markalı Bakı şəhər sakini Balaəhəd Qasımovun idarə etdiyi "Ford Karqo 3532 D" markalı, Beyləqan rayon sakini İsa Quliyevin idarə etdiyi "Daewoo-Nexia" markalı və İmişli rayon sakini Məhərrəm Məhərrəmovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşmuşdur. Nətiсədə S.Məmmədov və sərnişini Elmir Quliyev hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini Azər Məmmədov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.