Yevlax rayonunun Havarlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
23.08.2011Avqustun 25-də saat 03.00 radələrində Yevlax rayonunun Havarlı kəndi ərazisində, Mingəçevir şəhər sakini Aqşin Rəşidov "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu qarşıdan gedən "QAZ-53" markalı Az 55 BF 526 №-li avtomaşına vurmuşdur. Nəticədə "VAZ-2107" markalı avtomaşın aşmış, xəsarət almış sürücü A.Rəşidov və 3 nəfər sərnişini xəstəxanaya yerləşdirilmişlər.