Yol-nəqliyyat hadisəsi törətmiş Şabran rayon Xəlfələr kənd sakini Qəşəm Əzimov saxlanılmışdır
22.08.2011Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 22-də R.Hacıyevin və E.Bağırovun xəsarət almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsinin "VAZ-2106" markalı avtomaşının sürücüsü rayonun Xəlfələr kənd sakini Qəşəm Əzimov tərəfindən törədilməsi müəyyən edilmiş və o, saxlanılmışdır.