Avqustun 3-də K.İdrisova məxsus avtomaşını qaçırmış Sumqayıt şəhər sakini X.Səfərov tutulmuşdur
10.08.2011Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 3-də Kamran İdrisova məxsus "Ford Tranzit" markalı avtomaşını qaçırmış Sumqayıt şəhər sakini Xəyal Səfərov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun avqustun 3-nə keçən gecə şəhər sakini Əlimurad Kərimova məxsus "Ford Tranzit" markalı avtomaşını qaçırması da müəyyən edilmişdir.