Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi
09.08.2011Avqustun 10-da saat 15.30 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində, Biləsuvar rayon sakini Əliqismət Əliyev "VAZ-2107" markalı avtomaşını idarə edərkən qəsəbə sakini 13 yaşlı Babaş Qasımovu vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş B.Qasımov orada ölmüşdür.