Suraxanı rayonu ərazisində M.Mənsimova məxsus mağazanı talamış Bakı şəhər sakini B.Qəribov tutulmuş və ondan heroin götürülmüşdür
06.08.2011Avqustun 7-də saat 11.00 radələrində Suraxanı rayonu ərazisində, şəhər sakini Mirəhəd Mənsimova məxsus mağazaya "VAZ-21015" markalı avtomaşında gəlmiş naməlum şəxs açıq talama yolu ilə oradan 105 manat dəyərində ərzaq məhsulları aparmışdır. Suraxanı RPİ 32-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Bahadur Qəribov tutulmuş və ondan 0,273 qram heroin götürülmüşdür.