Nizami rayonu R.Rüstəmov küçəsində yol-nəqliyyat hadisəsi
21.07.2011İyulun 22-də saat 01.00 radələrində Nizami rayonu R.Rüstəmov küçəsində Bakı şəhər sakini İlham Şirinov idarə etdiyi "TOFAŞ" markalı avtomaşını yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə xəsarət almış İ.Şirinov və sərnişinləri, həmyerliləri Musa Məhərrəmov, Elmar Məmmədov və 30-35 yaşlı kişi xəstəxanaya yerləşdirilmişlər. Həmin kişi orada ölmüşdür.
Nizami RPİ tərəfindən araşdırma aparılır.
Nizami RPİ tərəfindən araşdırma aparılır.