Sumqayıt şəhər sakini V.Abışovdan qanunsuz olaraq gəzdirdiyi tapança və güllələri götürülmüşdür
19.07.2011DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Vüqar Abışovdan qanunsuz olaraq gəzdirdiyi 1 ədəd nömrəsi silinmiş "Makarov" tipli tapança və 12 ədəd güllə götürülmüşdür.