Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini M.Ağayevə məxsus avtomaşının oğurlanmış dövlət qeydiyyat nişanları Bakı şəhər sakini T.İbrahimovun idarə etdiyi avtomaşının üzərində aşkar edilmişdir

17.07.2011

İyulun 7-nə keçən gecə Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Murad Ağayevə məxsus "ZAZ-1102" markalı avtomaşının dövlət qeydiyyat nişanları oğurlanmışdır.
DİN-in Növbətçi Hissələri İdarəetmə Xidməti, Çevik Polis Alayı, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində "ZAZ-1102" markalı avtomaşından oğurlanmış dövlət qeydiyyat nişanları iyulun 18-də Azadlıq prospektində hərəkətdə olan "VAZ-2121" markalı avtomaşının üzərində aşkar edilmiş, görülmüş tədbirlər nəticəsində avtomaşın saxlanılmışdır.
Avtomaşını idarə edən Bakı şəhər sakini Tural İbrahimov müvafiq araşdırmalar aparılması üçün Nəsimi RPİ-nin 19-cu PB-nə təhvil verilmişdir.

17.07.2011 tarixinə olan kriminal məlumatlar