Yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış Yevlax rayon sakini İqbal Baxşəliyev tutulmuşdur
15.07.2011Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 15-də 4 nəfərin ölümü və 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən qaçmış "FAV" markalı avtomaşının sürücüsü, Yevlax rayon sakini İqbal Baxşəliyev tutulmuşdur.