Nizami rayonu H.Əliyev prospektindəki qorunmayan keçiddə qəza hadisəsi baş vermişdir
15.07.2011İyulun 16-da saat 01.05 radələrində Nizami rayonu H.Əliyev prospektindəki qorunmayan keçiddə Bakı şəhər sakini Qəzənfər Həsənov idarə etdiyi "VAZ-2106" markalı avtomaşını yük qatarına vurmuşdur. Nəticədə Q.Həsənov hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri, Bakı şəhər sakinləri Tural Abdullayev, Elxan Əlibəyov və İlqar Dadaşov isə xəstəxanaya yerləşdirilmişlər.
Nizami RPİ tərəfindən araşdırma aparılır.
Nizami RPİ tərəfindən araşdırma aparılır.