Göyçay rayonu ərazisində yol-nəqliyyat hadisəsi
12.07.2011İyulun 13-də saat 16.00 radələrində Göyçay rayonu ərazisində Ulaşlı-Şıxlı kənd sakini Rövşən Cabbarovun idarə etdiyi "VAZ-2106" markalı və Qarabaqqal kənd sakini Ayaz İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə A.İsmayılovun sərnişinlərindən Qarabaqqal kənd sakinləri Ləman İsmayılova hadisə yerində ölmüş, qardaşı Rəvan və Gülçin Mehdiyeva isə xəstəxanaya yerləşdirilmişlər.
Göyçay RPŞ tərəfindən araşdırma aparılır.
Göyçay RPŞ tərəfindən araşdırma aparılır.