Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi
12.07.2011İyulun 13-də saat 17.00 radələrində Qaradağ rayonu ərazisində Bakı şəhər sakini Nahid Quliyevin idarə etdiyi "Mercedes" markalı və Salyan rayon sakini Şahmar Hüseynovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Ş.Hüseynov hadisə yerində ölmüş, xəsarət almış sərnişini, Rusiya Federasiyası vətəndaşı Nadejda Hüseynova, habelə N.Quliyev xəstəxanaya yerləşdirilmişlər.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.