Gün ərzində 30 cinayət faktı qeydə alınmışdır
02.07.2011Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 30 cinayət faktı qeydə alınmış, onların da 5-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 11 nəfər isə yaralanmışdır.
- 24 yanğın hadisəsi qeydə alınmışdır.
- Cinayət törətdiklərinə görə 8 nəfər tutulmuşdur.