Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etdiyinə görə tutulmuş Bakı şəhər sakini Səməd Məmmədovun digər cinayət əməlləri müəyyən edilmişdir

21.06.2011

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 15-də Rizvan Şahməmmədova məxsus mağazadan ərzaq məhsulları oğurlamış şəhər sakini Səməd Məmmədov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun may və iyun ayları ərzində Teymur Sultanova, Esmira Əliyevaya, Sərraf Haqverdiyevə və Qənimət Mustafayevə məxsus mağazalardan, habelə Fəxri Tağıyevə və Dilarə Məmmədovaya məxsus evlərdən oğurluq etməsi də müəyyən edilmişdir.