Şəmkir rayonunun Düyərli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
17.06.2011Saat 22.00 radələrində Şəmkir rayonunun Düyərli kəndi ərazisində, kənd sakini Nurlan Quliyevin idarə etdiyi "BMW -523" markalı və Gürcüstan vətəndaşı Ariz Ömərovun idarə etdiyi "Mercedes-180" markalı avtomaşınlar toqquşmuşdur. Sərinişin Babək Məmmədəliyev hadisə yerində ölmüş, xəsarət almış hər 2 sürücü habelə sərinişinlər Aidə Ömərova, Günay İbrahimova və Aslan Ömərov xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.