Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
16.06.2011Saat 04.00 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində, Xızı rayon sakini Şahin Məmmədov "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu yolun hərəkət hissələrini biri-birindən ayıran dəmir səddə vurmuşdur. Xəsarət almış sürücü və sərnişini şəhər sakini Əli Ağayev xəstəxanaya yerləşdirilmişlər. Ş.Məmmədov orada ölmüş, Ə.Ağayevin vəziyyəti isə qənaətbəxşdir.