Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
12.06.2011Saat 02.00 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində, Oğuz rayon sakini İlham Məmmədov "VAZ-21074" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Lənkəran rayon sakini Sədrəddin Rzayevin idarə etdiyi "KamAZ" markalı avtomaşına vurmuşdur. Nəticədə İ.Məmmədovun sərnişini - anası Qəribə hadisə yerində ölmüş, xəsarət almış İ.Məmmədov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.