Şamaxı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
03.06.2011Saat 07.00 radələrində Şamaxı şəhəri ərazisində, Göyçay rayon sakini Vüqar Babayevin idarə etdiyi "VAZ-2107" markalı və Bakı şəhər sakini Renat Baqautdinovun idarə etdiyi "Hyundai" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə V.Babayevin sərnişinləri Alid Kazımov, atası Çingiz hadisə yerində ölmüş, xəsarət almış V.Babayev və R. Balaquddinovun sərnişini Valeri Nəbiyev isə xəstəxanaya yerləşdirilmişlər. V.Nəbiyev orada ölmüş, V.Babayevin vəziyyəti isə orta-ağırdır.