Astara rayonunun Şahağacı kənd sakinləri Şəhriyar Mirzəyevi və Səhrab Quliyevi ov tüfəngindən atəş açaraq yaralamış Xanoğlan Hümmətov tutulmuşdur
02.06.2011İyunun 3-də saat 19.30 radələrində Astara rayonunun Şahağacı kəndi ərazisində, kənd sakini Xanoğlan Hümmətov münaqişə zəminində ov tüfəngindən atəş açaraq həmyerliləri Şəhriyar Mirzəyevi və Səhrab Quliyevi yaralamışdır. Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Hümmətov tutulmuş və ondan 1 ədəd ov tüfəngi götürülmüşdür.