Tovuz rayon sakini Ələddin Alırzayev idarə etdiyi avtomaşınla saxlanılmışdır
02.06.2011İyunun 3-də saat 08.26-da, DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinin Təhlükəsiz Şəhər əməkdaşları tərəfindən 06.01.2011-ci il tarixdə Nizami rayonu ərazisindən "QAZel" markalı avtomaşından oğurlanmış Az 90 ET 638 dövlət nömrə nişanları üstündə olan avtomaşının Nərimanov rayonu ərazisində hərəkət etməsi aşkar edilmiş və müvafiq tədbirlər görülməsi üçün məlumat 102 Zəng Mərkəzinə ötürülmüşdür. Görülmüş tədbirlər nəticəsində 9 dəqiqədən sonra Nəsimi rayonunun ərazisində Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən həmin avtomaşın saxlanılmış və onu idarə edən Tovuz rayon sakini Ələddin Alırzayevlə birgə araşdırmalar aparılması üçün Nizami RPİ-yə təhvil verilmişdir.